Bank Of Baku

Gəncədə növbəti əmək yarmarkası keçirib

Gəncədə növbəti əmək yarmarkası keçirib
# 18 noyabr 2011 15:40 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə Gəncədə növbəti əmək yarmarkası keçirilib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti tərəfindən keçirilən yarmarkada vətəndaşlara 82 idarə, müəssisə və təşkilat tərəfindən 800-ə yaxın iş yeri təklif edilib.

Təklif edilən iş yerlərindən 348 dövlət müəssisəsi, 445-i digər təşkilatlardır. 15 iş yeri isə kvota üzrə nəzərdə tutulub. Yarmarkada iştirak edən müəssisələrin 35-i dövlət, 47-si özəl təşkilat olub. Boş iş yerlərindən 397-si fəhlə, 241-i qulluqçu, 135-i isə xidmət yerləridir. Yarmarkada təklif olunan iş yerlərində əmək haqqı 85-419 manat arasında dəyişib.

Keçirilmiş əmək yarmarkasında xeyli sayda işaxtaran vətəndaş qatılıb ki, bunlardan 386-sı öz istəyinə və ixtisasına uyğun olaraq işə göndəriş vərəqəsi alıb. 20 nəfər isə peşə hazırlığına göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR