Bank Of Baku

Azərbaycan prezidenti: “Ölkədə pensiyalar, minimum əməkhaqqı, bütün sosial ödəmələr artacaq”

Azərbaycan prezidenti: “Ölkədə pensiyalar, minimum əməkhaqqı, bütün sosial ödəmələr artacaq”
# 19 noyabr 2011 07:31 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.

Bu günə qədər 5 minə yaxın Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillərlə təmin edildiyini bildirən dövlət başçısı 3 mindən çox ailənin növbədə olduğunu söyləyib: “Onların da problemləri həll olunacaq”.

Prezident bütün sosial məsələlərin həllini tapmalı olduğunu vurğulayıb: “Əmək haqları, pensiyalar artırılır, bu il də artırılıb. Doqquz yüz minə yaxın pensiyaçının pensiyası orta hesabla 40 faiz artıb, yenə də artacaq. Minimum əməkhaqqı da, bütün sosial ödəmələr də artacaq. Azərbaycanın güclü sosial siyasəti güclü iqtisadi bazaya əsaslanır. Biz iqtisadi sahədə əldə edilmiş nailiyyətləri insan kapitalına çeviririk”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR