Bank Of Baku

Azərbaycanda ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirilir - FOTO

Azərbaycanda ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirilir - <font color=red>FOTO</font>
# 19 noyabr 2011 08:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Ədliyyə Nazirliyi (ƏN) ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirir. APA-nın məlumatına görə, sənədlərin qəbulu Ədliyyə Nazirliyi tərəfindən aparılıb, imtahanda iştirak etmək üçün 356 nəfərin namizədliyi qeydə alınıb.

ƏN-nin Kadrlar İdarəsinin rəisi Rauf Məhərrəmov bildirib ki, 3 saat davam edəcək imtahanda namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunacaq. Ədliyyə Nazirliyi tərəfindən hazırlanan 80 sual namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini, TQDK tərəfindən hazırlanan 20 sual isə namizədlərin məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edəcək. R. Məhərrəmovun sözlərinə görə, son 5 ildə ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilən müsabiqə və müsahibələrdə 3000-dən çox gənc iştirak edib, uğur qazanan 1000 gənc barəsində təyinat aparılıb.

TQDK-nın təşkilat şöbəsinin müdiri Arzu Bağırov isə deyib ki, namizədlərin balları hesablandıqda hüquq və qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1 bal, məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırıqları üzrə hər düzgün cavab isə 0.5 balla qiymətləndiriləcək. İmtahanda toplanması mümkün olan maksimal bal 90-a bərabərdir. Nəticələr hesablandıqda yanlış cavablar düz cavabların nəticəsinə təsir göstərməyəcək. İmtahanın nəticələri imtahan başa çatan kimi emal olunacaq və TQDK-nın internet saytında yerləşdiriləcək. Ümumi nəticədə 55 və daha çox bal toplayan namizədlər müsabiqənin ikinci mərhələsinə - müsahibəyə buraxılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR