Bank Of Baku

Ümumdünya Uşaqlar Günü münasibəti ilə tədbir keçirilib

Ümumdünya Uşaqlar Günü münasibəti ilə tədbir keçirilib
# 19 noyabr 2011 10:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. BMT-nin İctimai İnformasiya Departamentinin (UN DPI) Azərbaycandakı nümayəndəliyi Ombudsman ofisi ilə birgə 20 noyabr - Ümumdünya Uşaqlar Günü münasibəti ilə tədbir keçirib.

APA-nın məlumatına görə, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi Envera Selimoviç bildirib ki, tədbirin əsas məqsədi ictimaiyyəti bu günün əhəmiyyəti, uşaqların cəmiyyətdə tutduqları önəmli yer və onların qayğısına qalmağın vacibliyi haqqında məlumatlandırmaq, o cümlədən valideyn himayəsindən məhrum olan fiziki qüsurlu və kimsəsiz uşaqların yanında olmaqdır. Buna görə də valideynlər himayəsindən məhrum, qaçqın və fiziki qüsurlu uşaqlar üçün cizgi filmi nümayişi, kosmosa səyahət proqramı və nahardan ibarət əyləncəli saat təşkil olunub: “Bütün uşaqlara yardım edə bilməsək də, heç olmasa onlardan bəzilərinin bu günü xoşbəxt və işıqlı gün kimi yaşamalarına kömək edə biləcəyimizi düşünürük”.

Ümumdünya Uşaqlar Günü 1954-cü ildə təsis edilib. 20 noyabr həmçinin 1959-cu ildə BMT Baş Assambleyasının “Uşaq hüquqları haqqında Bəyannamə” və 1989-cu ildə Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsi ilə əlamətdardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR