Bank Of Baku

Azərbaycanda tələbə-məzun elektron bazası ilin sonuna qədər istifadəyə veriləcək

Azərbaycanda tələbə-məzun elektron bazası ilin sonuna qədər istifadəyə veriləcək
# 19 noyabr 2011 10:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə-məzun elektron bazası ilin sonuna qədər istifadəyə veriləcək. Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) təşkilat şöbəsinin müdiri Arzu Bağırov bildirib. O deyib ki, hazırda bu istiqamətdə çox ciddi iş aparılır: “Proqram elə hazırlanmalıdır ki, bazanın statistik təhlil hissəsində lazımi məlumatların əldə olunması, dövlət idarələrinin bu sistemə daxil olmaq imkanlarının təmin olunması bu proqramda əksini tapsın. Bu proqram tam hazırdır, müəyyən monitorinqlərdən keçib. Pilot olaraq bəzi ali məktəblərlə əlaqələr qurularaq sistemin hazırlığı yoxlanılıb. Hazırda ali məktəblərin nümayəndələri ilə treninqlər keçirilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR