Bank Of Baku

Gələn il Azərbaycanda qabiliyyət tələb edən ixtisaslar üzrə magistraturaya qəbul aparılmayacaq

Gələn il Azərbaycanda qabiliyyət tələb edən ixtisaslar üzrə magistraturaya qəbul aparılmayacaq
# 19 noyabr 2011 11:39 (UTC +04:00)
Bu il abituriyentlərin cavablarını təhlil edəndə gördük ki, onlar açıq testləri yaxşı qəbul edib, yaxşı da cavablandırıblar. Ümumi təhlil göstərir ki, bu suallar daha da geniş tətbiq oluna bilər”. Bunu APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) təşkilat şöbəsinin müdiri Arzu Bağırov deyib. Onun sözlərinə görə, gələn il I ixtisas qrupunda riyaziyyat və fizika, II qrupda riyaziyyat və coğrafiya, III qrupda riyaziyyat və tarix fənni, IV qrupda isə riyaziyyat və kimya fənni üzrə açıq testlər tətbiq olunacaq.

Gələn il tətbiq olunacaq yeniliklərdən biri də ali məktəblərin magistratura səviyyəsində ixtisaslaşma ilə bağlıdır: “Magistratura səviyyəsində ixtisaslaşmaların sayı azalıb və ümumiləşmələr aparılıb. Gələn il qabiliyyət tələb edən ixtisaslar üzrə magistraturaya qəbul aparılmayacaq. Bu istiqamətdə ancaq nəzəri ixtisaslar üzrə qəbul aparılacaq”.

Gələn il qəbul imtahanlarında attestat ballarının nəzərə alınıb-alınmayacağına gəlincə, A. Bağırov deyib ki, dolayısı ilə attestat balları nəzərə alınır: “Müsabiqəyə buraxılan şəxslərin balları eyni olanda, bir yerə bir neçə nəfər iddia etdikdə onların attestat balları əsas götürülür. Bundan sonra digər parametrlərə baxırıq. Amma bunun daha geniş tətbiqi ilə bağlı hələlik müzakirələr aparılmır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR