Bank Of Baku

Vandakı zəlzələdən zərər çəkmiş qırğız kəndi üçün Azərbaycandan təcili yardım istənilib

Vandakı zəlzələdən zərər çəkmiş qırğız kəndi üçün Azərbaycandan təcili yardım istənilib
# 19 noyabr 2011 16:35 (UTC +04:00)
İstanbul. Mais Əlizadə – APA. Türkiyəli könüllü yardımçı Vanda zəlzələdən zərər çəkmiş qırğız kəndi üçün Azərbaycandan təcili yardım istəyib. APA-nın Türkiyə bürosunun məlumatına görə, Türk Dünyası Araşdırmaları Fondunun qadınlar qrupunun rəhbəri Ema Maksudi bildirib ki, Vandakı zəlzələdən ən çox zərər görən kəndlərdən biri də zəlzələnin episentri olan Erciş qəsəbəsindən 35 km kənarda yerləşən Ulupamir kəndidir. Naxçıvana daha yaxın olan bu kənddə 2000 qırğızın yaşamasına baxmayaraq, oraya sadəcə 26 çadır göndərilib.

APA-ya açıqlamasında E.Maksudi Azərbaycan xalqına müraciət edərək bu məsələdə kömək göstərməyi xahiş edir: «Azərbaycanın türk dünyasına olan həssaslığını yaxşı bilirəm. Qırğız türklərinin yaşadığı Ulupamir kəndinə dövlətin yardımları kifayət etmir. Orada yorğana böyük ehtiyac var. Azərbaycanlı qardaşlarımıza müraciət edərək bu kəndə yardım göndərmələrini xahiş edirəm».

İstanbulda aptek sahibi olduğunu bildirən E.Maksudi, İstanbul Əczaçılar Palatasının zəlzələdən dərhal sonra Vanda yardım çadırı qurduğunu və özünün də orada bir neçə gün könüllü çalışdığını qeyd edib. Fond nümayəndəsi yaxın vaxtlarda yenidən Ulupamir kəndinə yardım aparacaqlarını əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR