Bank Of Baku

Dövlət Neft Şirkətinin tələbələr üçün təsis etdiyi təqaüdlə bağlı müsabiqənin I mərhələsinin nəticələri aıqlanıb

Dövlət Neft Şirkətinin tələbələr üçün təsis etdiyi təqaüdlə bağlı müsabiqənin I mərhələsinin nəticələri aıqlanıb
# 21 noyabr 2011 07:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ali təhsil müəssisələrinin tələbələri üçün təsis etdiyi xüsusi təqaüdün verilməsi üzrə müsabiqənin I mərhələsi olan test imtahanının nəticələrini aıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 20-də keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 1191 nəfərdən 106 nəfəri imtahana gəlməyib.

İmtahan başa çatdıqdan dərhal sonra TQDK tərəfindən cavab kartlarının emalı aparılıb. Nəticələr ARDNŞ-a təqdim ediləcək. İkinci tura buraxılmaq üçün keçid balı ARDNŞ tərəfindən təyin olunacaq. Namizədlər ikinci turda ARDNŞ-in məsul əməkdaşlarından ibarət komissiya tərəfindən keçirilən müsahibədə iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR