Bank Of Baku

Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanı anım tədbiri keçirilib

Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanı anım tədbiri keçirilib
# 21 noyabr 2011 08:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 20-də Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı şəhid olmuş Gültəkin Əsgərovanın doğum günü münasibətilə anım mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasim Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndir” məclisinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və azadlığı uğrunda döyüşlərdə həlak olanların xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi çərçivəsində gerçəkləşib.

“Azərbaycanın Milli Qəhrəmanı - Gültəkin zirvəsi” adlı tədbirin iştirakçıları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, üzərinə Gültəkin Əsgərovanın döyüş səhnəsində təsviri vurulan avtomobillərlə Bayraq Meydanına yürüş ediblər.

Daha sonra Şəhidlər Xiyabanına gələn tədbir iştirakçıları Gültəkin Əsgərovanın məzarı önünə gül dəstələri düzüblər. Şəhidin anası, Şəhid Anaları Cəmiyyətinin sədri Rəfiqə Əsgərova qızının məzarı önündə çıxış edərək Gültəkinin qəhrəmanlıqla zəngin həyatından danışıb. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti, xalq şairi Söhrab Tahir Gültəkin Əsgərovanın və Vətən uğrunda canlarından keçən insanların həyatlarını xalqımızın qəhrəmanlıq salnaməsinə yazılan şanlı səhifə kimi qiymətləndirib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Xalidə Şərifova, Azərbaycan Universitetinin müəllimi Xədicə İskəndərli, “Məhsəti” şairlər məclisinin üzvü, şair Güləmayıl İsayeva, şəhid xanımı, şairə Arzu Nehrəmli, ehtiyatda olan polkovnik, şair Telman Dəmirli şeirlər səsləndiriblər.

Tədbir Gültəkin Əsgərovanın mənzilində davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR