Bank Of Baku

FHN-in Cənub Regional Mərkəzində icra hakimiyyəti və özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətə həsr olunan seminar-müşavirə keçirilib - FOTO

FHN-in Cənub Regional Mərkəzində icra hakimiyyəti və özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətə həsr olunan seminar-müşavirə keçirilib - <font color=red>FOTO</font>
# 21 noyabr 2011 09:11 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində “Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi (CRM) ilə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi” mövzusunda seminar-müşavirə keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının nümayəndələri ilə Liman şəhər sakinlərinin də qatıldığı tədbirdə çıxış edən CRM-in Ərazi orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Zaur Hüseynov aşma təhlükəsi olan iri gövdəli ağacların, avtomobil və dəmir yollarının, su obyektlərinin, hidrotexniki qurğuların, yüksək gərginlikli elektrik hava ötürücü xətlərinin, yanacaq və maye qazdoldurma məntəqələrinin, su və qaz kəmərlərinin mühafizə zonalarında məskunlaşmanın təhlükəli olması barədə kənd və qəsəbələrin əhalisinin maarifləndirilməsi, fövqəladə halların operativ xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində Mərkəz ilə yerli icra nümayəndələri və bələdiyyələr arasında sıx qarşılıqlı əlaqələrin vacibliyindən danışıb. Daha sonra Operativ-reaksiyavermə və əməliyyat-planlaşdırma idarəsinin baş zabiti İzzət İbadovun “Yanğına səbəb olan amillər və onlardan qorunma yolları”, Mülki müdafiə işinin təşkili şöbəsinin zabiti Elçin Mustafayevin “Fövqəladə hadisə zamanı fəlakət zonalarından əhalinin düzgün təxliyə olunması qaydaları” mövzusunda məruzələri dinlənilib.

Müşavirədə “Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir!”, "Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?", "İlkin tibbi yardım göstərmək qaydalarını hamı bilməlidir!" və "Qəza radiasiya zədələnmələrinin diaqnozunu necə qoymalı və ilk cavab tədbirlərini necə görməli?" mövzularında hazırlanmış vərəqə və bröşürlər iştirakçılara paylanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR