Bank Of Baku

Azərbaycanda Xəzərin hidrometeorologiyası və çirklənməsinin monitorinqi üzrə Xəzəryanı ölkələrin Koordinasiya Komitəsinin 16-cı sessiyası keçiriləcək

Azərbaycanda Xəzərin hidrometeorologiyası və çirklənməsinin monitorinqi üzrə Xəzəryanı ölkələrin Koordinasiya Komitəsinin 16-cı sessiyası keçiriləcək
# 21 noyabr 2011 09:54 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Noyabrın 23-24-də Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin təşkilatçılığı ilə Xəzər dənizinin hidrometeorologiyası və çirklənməsinin monitorinqi üzrə Xəzəryanı ölkələrin Koordinasiya Komitəsinin 16-cı sessiyası (KASPKOM-16) keçiriləcək. APA-nın ETSN-ə saytına istinadən yaydığı xəbərə görə, sessiyada Xəzəryanı ölkələrin hidrometeorologiya təşkilatlarının, Ümumdünya Meteorologiya Təşkilatının, BMT-nin Ətraf Mühit Proqramının, gəmiçilik və aviasiya təşkilatlarının nümayəndələri, Xəzər dənizi ərazisində fəaliyyət göstərən təsərrüfat subyektləri, həmçinin alimlər və qeyri-hökumət təşkilatları iştirak edəcəklər.

Sessiyada operativ dəniz hidrometeorologiya xidməti və dəniz hidrometeoroloji müşahidə şəbəkəsinin vəziyyəti, Xəzər dənizinin çoxillik səviyyə tərəddüdləri və suyun temperaturu kataloqunun hazırlanması üzrə görülən tədbirlər, aparılan elmi-tədqiqat işləri, KASPKOM və Xəzər dənizinin ətraf mühitinin qorunması üzrə Çərçivə Konvensiyası arasında və eləcə də digər beynəlxalq proqramlar çərçivəsində aparılan əməkdaşlıq məsələləri və gələcək planlar müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR