Bank Of Baku

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi qənnadı məmulatları ilə bağlı yoxlamaların nəticələrini açıqlayıb

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi qənnadı məmulatları ilə bağlı yoxlamaların nəticələrini açıqlayıb
# 21 noyabr 2011 09:55 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda kremli qənnadı məmulatları ilə bağlı apardığı yoxlamalar zamanı bəzi neqativ hallar aşkarlanıb. RGEM-in qidalanma bölməsinin müdiri İmran Abdullayev APA-ya bildirib ki, monitorinq zamanı mağazalardan götürülən 101 nümunədən 5-də bağırsaq çöpləri tapılıb: “Nümunələrdən 2-si Suraxanı rayon Zığ qəsəbəsində Şıxəliyev familiyalı şəxsə məxsus ərzaq mağazasından, 3-ü isə Abşeron rayon Xırdalan şəhərində fiziki şəxs İbayevə məxsus kremli qənnadı məhsulları istehsal edən müəssisədən götürülüb. Neqativ hallarla bağlı tədbirlər aparılıb, sahibkar inzibati qayada cərimə edilib. Bundan sonra istehsal edilən məhsullardan yenidən nümunələr götürülərək analizlər aparılıb, bu zaman cavablar müsbət olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR