Bank Of Baku

Azərbaycan FHN dənizdə neft dağılmaları ilə mübarizə tədbirlərini daha da gücləndirmək məqsədilə yeni texnikalar alacaq

Azərbaycan FHN dənizdə neft dağılmaları ilə mübarizə tədbirlərini daha da gücləndirmək məqsədilə yeni texnikalar alacaq
# 21 noyabr 2011 10:26 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadə bildirib.

Hazırda Azərbaycan FHN-in Xəzərdə bu cür tədbirlərlə mübarizə üçün müvafiq gəmilərə, həmçinin digər texnika və avadanlıqlara malik olduğunu deyən nazir müavinin sözlərinə görə, paralel olaraq bu sahədə çalışan heyətin peşəkarlığının artırılmasına böyük diqqət yetirilir.

«Bununla yanaşı, yeni texnikaların alınması da nəzərdə tutulur. Artıq bir qisim texnika üçün sifarişlər də verilib», - deyə nazir müavini vurğulayıb.

F. Tağızadənin sözlərinə görə, FHN bu cür texnogen təhlükələri diqqətdə saxlayır. Hər il nazirliyin müxtəlif qurumlarının və neft şirkətlərinin iştirakı ilə quruda və dənizdə kompleks təlimlər keçirilir.

Təlimlər eyni zamanda Xəzəryanı dövlətlərin müvafiq qurumları ilə də təşkil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR