Bank Of Baku

Bakı Şəhəri üzrə Təhsil İdarəsi payız-qış mövsümünə hazırlıqla bağlı təhsil müəssisələrinə müraciət edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi payız-qış mövsümünə hazırlıqla bağlı təhsil müəssisələrinə müraciət edib
# 21 noyabr 2011 10:30 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq, payız-qış mövsümünə hazırlıqla bağlı təhsil müəssisələrinə müraciət edib. Müraciətdə təhsil ocaqlarının istiliklə təminatı məsələsi əksini tapıb. Bu haqda APA-ya BŞTİ-nin sektor müdiri Zəminə Əliqızı məlum verib. Onun sözlərinə görə, müraciətlərə əsasən müəssisələrin istiliklə təmin edilməsi ilə bağlı nəticələr toplanılıb. Son vəziyyətlə bağlı məlumatlar Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinə və “Azəristiliktəchizat” Açıq tipli Səhmdar Cəmiyyətinə (ASC) təqdim edilib: “İdarənin tabeliyində fəaliyyət göstərən müəssisələrin bir qismi fərdi qazanxanalar, digər qismi mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilir. Fərdi qazanxanalar vasitəsilə qızdırılan ümumtəhsil məktəblərinin sayı 153, mərkəzləşdirilmiş qaydada qızdırılan məktəblərin sayı isə 157-dir. Bu vəziyyət məktəbəqədər təhsil müəssisələrində də müşahidə edilir. Bu müəssisələrdən 31-i fərdi qazanxanalar vasitəsilə, 275-i isə mərkəzləşdirilmiş qaydada istiliklə təmin edilir. Həmçinin cari tədris ilində əsaslı təmir aparılaraq istifadəyə verilən bir sıra bağçalarda qızdırıcı kombi sistemi quraşdırılır”.
Z. Əliqızı deyib ki, noyabr ayının 15- dən etibarən isə Bakı şəhərində fəaliyyət göstərən müəssisələrin istiliklə təminatına başlanılıb. Lakin bir sıra müəssisələrdə müəyyən nasazlıqlar və problemlər müşahidə edilir: “Hazırda həm Əsaslı Tikinti İdarəsi, həm də “Azəristiliktəchizat” ASC tərəfindən həmin problemlərin aradan qaldırılması sahəsində işlər görülür. Bu hallar müşahidə edilən müəssisələrdə mövcud problem müvəqqəti olaraq elektrik sobaları hesabına həll edilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR