Bank Of Baku

Azərbaycanda qorunmağa ehtiyacı olan nadir geoloji obyektlərin adları açıqlanıb

Azərbaycanda qorunmağa ehtiyacı olan nadir geoloji obyektlərin adları açıqlanıb
# 21 noyabr 2011 10:37 (UTC +04:00)
Geologiya İnstitutunun mətbuat katibi Səid Hüseynovun APA-ya verdiyi məlumata görə, bu məqsədlə institutda Yer elmləri sahəsində ümumrespublika seminarı keçirilib. Tədbirdə institutun paleontologiya və stratiqrafiya şöbəsinin rəhbəri Şıxəli Babayev “Azərbaycan Respublikasında nadir geoloji obyektlərin müəyyən edilməsinin elmi əsasları” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, Geologiya İnstitutunda “Azərbaycan Respublikasında nadir geoloji obyektlərin qorunması və davamlı istifadəsinə dair 2009-2012-ci illər üzrə” Tədbirlər Planı tərtib edilib və Azərbaycan Nazirlər Kabinetinin 22 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq olunub. Qorunmağa ehtiyacı olan nadir geoloji obyektlərlə bağlı işlər Geologiya İnstitutunda həmin proqram çərçivəsində həyata keçirilir.

Ş. Babayev bu cür obyektlərin sırasında Binəqədi IV dövr onurğalılar məzarlığı, Maykop çöküntülərinin Pirəkəşkül kəsilişi, Beşbarmaq klipi, Babək qalası, Bədo bulağı, Yerfi bulağı, Qırməki dağında qədim neft quyuları və digərlərinin adını sadalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR