Bank Of Baku

Gəncədə “İcma gəlirlərinin artırılması, bilik və bacarıqların yaradılması proqramı” layihəsinin təqdimatı keçirilib

Gəncədə “İcma gəlirlərinin artırılması, bilik və bacarıqların yaradılması proqramı” layihəsinin təqdimatı keçirilib
# 21 noyabr 2011 10:48 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) əsas binasında BP şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilən “İcma gəlirlərinin artırılması, bilik və bacarıqların yaradılması proqramı” layihəsinin təqdimatı keçirilib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, tədbirdə ADAU-nun rektoru Mirdamət Sadıqov, “BP-Azərbaycan” şirkətinin vitse-prezidenti Seymur Xəlilov, Gəncə Aqrobiznes asosassiyasının (GABA) sədri Vüqar Babayev və digər şəxslər iştirak edib.

Tədbirdə çıxış edən Seymur Xəlilov həyata keçiriləcək layihədən söz açıb: “BP və onun tərəfdaşları bütün qonşu icmalarımızla sıx işləyərək inkişaf imkanlarının yaradılması və bu imkanların dayanıqlı olmasını təmin edə biləcək bilik və bacarıqların əldə olunmasında onlara dəstək vermək öhdəliyinə sadiqdirlər. Bu gün başladığımız təşəbbüs hər iki məqsədi özündə birləşdirir. Layihə hiss edilən faydalar yaradacaq mühüm aqrar biznes imkanlarını təmin etməklə bərabər, bu imkanların davamlı olması üçün əsas sərt olan bilik və bacarıqların ötürülməsini təmin edəcək”.

Gəncə Aqrobiznes Assosiasiyasının (GABA) sədri Vüqar Babayev layihəni tədbir iştirakçılarına təqdim edib. Tədbirin sonunda anlaşma memorandumu imzalanıb.

Qeyd edək ki, layihənin əsas məqsədi Bakı-Tiflis-Ceyhan (BTC) və Cənubi Qafqaz boru kəməri (CQBK) boyunca yaşayan və kənd təsərrüfatı sektorunda çalışan icma üzvləri üçün davamlı gəlir imkanları yaratmaq, onları lazımi bacarıq və vərdişlərlə təmin etməkdir. Proqrama 132 istixana təsərrüfatı və 96 arıçılıq təsərrüfatının yaradılması daxildir. Layihə həmçinin bu müəssisə və təsərrüfatların dayanıqlı olması üçün onların idarə olunmasına tələb olunan bilik və bacarıqların ötürülməsini təmin edəcək. Layihə GABA və ADAU ilə birgə həyata keçiriləcək. BP və onun tərəfdaşlarının layihəyə ayırdığı məbləğ 800 000 ABŞ dolları təşkil edir.

Qeyd edək ki, layihə 2011-2013-cü illəri əhatə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR