Bank Of Baku

Bakı məktəblərində riyaziyyat üzrə fənn aylığı keçiriləcək

Bakı məktəblərində riyaziyyat üzrə fənn aylığı keçiriləcək
# 21 noyabr 2011 10:59 (UTC +04:00)
Bak. Sevil Zeynalqızı - APA. Dekabrda Bakı məktəblərində fənn aylığı keçiriləcək. Aylıq riyaziyyat fənni üzrə aparılacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məqsəd fənnin tədrisi vəziyyətini yüksəltmək, ən yaxşı müəllimləri aşkar etmək, təcrübəsini öyrənmək və yaymaqdır. Aylıq çərçivəsində gənc istedadlı müəllimlərlə bağlı təhsil nazirinin müvafiq əmrini icra etmək məqsədilə həmin müəllimlərin potensialından daha geniş istifadə ediləcək.
Fənn aylığı çərçivəsində müxtəlif müsabiqələr, seminarlar, açıq dərslər, sərgilər və dəyirmi masaların təşkili nəzərdə tutulur. Bu tədbirlərdən sonra şəhər üzrə yekun konfrans keçiriləcək. Konfransda riyaziyyat fənnini tədris edən müəllimlər, riyaziyyatı mükəmməl bilən şagirdlər seçiləcək, riyaziyyat üzrə ən yaxşı açıq dərslər nümayiş olunacaq.

Artıq fənn aylığına hazırlıq işlərinə başlanılıb. Bununla əlaqədar həftəlik, günlük görüləcək işlərin cədvəli tərtib edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR