Bank Of Baku

Milli Qəhrəman Mübariz İbrahimov adına Gənclərin I Ümumrespublika Teatr Festivalı ilə bağlı tədbir keçirilib

Milli Qəhrəman Mübariz İbrahimov adına Gənclərin I Ümumrespublika Teatr Festivalı ilə bağlı tədbir keçirilib
# 21 noyabr 2011 11:30 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. “Sağlam düşüncə” İctimai Birliyi (İB) Milli Qəhrəman Mübariz İbrahimov adına Gənclərin I Ümumrespublika Teatr Festivalının gedişi ilə bağlı tədbir keçirib. APA-nın məlumatına görə, şəhid Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda teatr festivalının ideya müəllifi millət vəkili Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyev, bədii rəhbəri Əfsələddin Ağalarovdur Festivalın devizi kimi Heydər Əliyevin ”Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikri seçilib. İsmayıllı, Ucar, Mingəçevir, Zaqatala rayonlarında keçirilən və 8 paytaxt truppasının iştirak etdiyi festivala ümumilikdə 110 gənc qatılıb.
Millət vəkili Jalə Əliyeva bildirib ki, festivala iyul ayından etibarən start verilib: ”Mübariz İbrahimov Vətən uğrunda canından keçərək şəhidliyə qovuşmaqla Azərbaycan gəncliyinin nəyə qadir olduğunu göstərib. Biz də bunu əbədiləşdirmək, gənclərimizə bir örnək göstərmək məqsədilə belə bir festivalın keçirilməsinə qərar verdik. Bu teatrda peşəkarlar yox, yaradıcı gənclər iştirak edir”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə çıxışında qeyd edib ki, vətənpərvərlik tərbiyəsinin aparılmasında mədəniyyət və incəsənətin rolu əvəzedilməzdir: ”Vətənpərvərlik mövzusu teatrlarda təbliğ olunmalıdır. Ümid edirəm ki, bu festival gənclərin həyatında dərin iz buraxacaq”.

Layihənin icraçı direktoru Ramil Ağasıyev bildirib ki, dekabrın 1-nə qədər davam edəcək festivalda 11 tamaşa oynanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR