Bank Of Baku

Prezident Şəki, Oğuz, Qəbələ və Qax rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi barədə sərəncam imzalayıb

Prezident Şəki, Oğuz, Qəbələ və Qax rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi barədə sərəncam imzalayıb
# 21 noyabr 2011 17:38 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikası prezidenti İlham Əliyev Şəki, Oğuz, Qəbələ və Qax rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə sərəncam imzalayıb.

Sərəncamda son illərdə Şəki, Qəbələ, Qax və Oğuz rayonlarında bir sıra mühüm infrastruktur layihələrinin həyata keçirildiyi, müasir tələblərə cavab verən sosial yönümlü obyektlər inşa edildiyi, ölkənin bütün rayonlarında sosial layihələr həyata keçirildiyi vurğulanıb.

Dövlət başçısı bu istiqamətdə işlərin davam etdirilməsi və “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin Şəki, Oğuz, Qəbələ və Qax rayonlarında sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan Şəki, Qəbələ, Oğuz rayonlarının icra hakimiyyətlərinin hər birinə iki milyon manat ayrılması barədə sərəncam verib.

Maliyyə Nazirliyinə bu sərəncamın birinci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR