Bank Of Baku

Bakıda qanunsuz miqrantların saxlanılması mərkəzlərinin idarə edilməsi üzrə seminar keçirilib

Bakıda qanunsuz miqrantların saxlanılması mərkəzlərinin idarə edilməsi üzrə seminar keçirilib
# 22 noyabr 2011 08:39 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Bakıda qanunsuz miqrantların saxlanılması mərkəzlərinin idarə edilməsi üzrə seminar keçirilib. APA-nın məlumatına görə, tədbir Dövlət Miqrasiya Xidməti, (DMX) Avropa İttifaqı və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzlə birgə təşkil edilib.

Seminarda çıxış edən DMX-nin rəis müavini Pərviz Musayev bildirib ki, Azərbaycan miqrasiya sahəsi üzrə Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir: “Xidmət Avropa İttifaqı və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzlə bir sıra layihələr həyata keçirir. Həmin layihələrdən biri ötən il mövcud qanunvericiliyin uyğunlaşdırılmasına dair olub və yekunlaşdırılıb. Bu gün ikinci layihə həyata keçirilir, bu, qanunsuz miqrasiyaya qarşı mübarizə və qayıdışın idarə olunmasına dəstək layihəsidir. Seminar həmin layihənin bir hissəsidir. Treninq qanunsuz miqrantların saxlanılması mərkəzlərində idarəolunmanı əhatə edir”.

Niderlanddakı qanunsuz miqrantların saxlanılması mərkəzinin direktoru Qriqorios Pidakos bildirib ki, belə mərkəzlərdə miqrantların yoxlanılması və müəyyən edilməsi həyata keçirilir: “Saxlanılma miqrantlarla rəftar sahəsində ən sonuncu mərhələ olmalıdır. Norveçdə mövcud olan mərkəzlərdə miqrantların sənədləri araşdırılır və onların geri qayıtması və ya ölkədə qalması hüquqları müəyyənləşdirilir. Bundan sonra hüquqi miqrantlarla bağlı tədbirlər görülür. Bu araşdırmalar təxminən üç ay aparılır”.

Q. Pidakosun sözlərinə görə, ölkəsindəki mərkəzlərdə azərbaycanlı vətəndaşlar da olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR