Bank Of Baku

Azərbaycanın dağ çaylarında normadan yüksək sululuq müşahidə olunur

Azərbaycanın dağ çaylarında normadan yüksək sululuq müşahidə olunur
# 22 noyabr 2011 08:46 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda dağ çaylarında normadan yüksək sululuq müşahidə olunur. Lənkəran-Astara bölgəsi çaylarında sululuq ongünlük normanın 170-260, Böyük Qafqaz çaylarında 90-190, Kiçik Qafqaz çaylarında 120-125, Naxçıvan Muxtar Respublikası çaylarında isə 100-110 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 155 kubmetr/saniyə olmaqla ongünlük normanın 84, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 121 kubmetr/saniyə olmaqla ongünlük normanın 150 faizini təşkil edir.

Kür çayının aşağı axınında, Surra məntəqəsində suyun səviyyəsi 20, Şirvanda 20, Salyanda 23, Bankədə 14, Araz çayının Novruzlu məntəqəsində isə 30 santimetr azalıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 548, Şirvanda 447, Bankədə 311, Araz çayının Novruzlu məntəqəsində isə 285 santimetrdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR