Bank Of Baku

Azərbaycan ərazisində istirahət günləri üçün hava proqnozu açıqlanıb

Azərbaycan ərazisində istirahət günləri üçün hava proqnozu açıqlanıb
# 02 dekabr 2011 09:16 (UTC +04:00)
Lakin axşama doğru yarımadanın bəzi yerlərində havanın çiskinli olacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 0-3 dərəcə, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Dekabrın 4-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-3 dərəcə, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 3-də əsasən gecə və axşam bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 12-17 dərəcə şaxta olacağı gözlənilir.

Dekabrın 4-də əksər rayonlarda əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacağı, bəzi şərq rayonlarında isə havanın çiskinli, az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 11-16 dərəcə şaxta olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR