Bank Of Baku

“Hepatitlərlə bağlı tədqiqatın ikinci hissəsi: dünya təcrübəsi” mövzusunda tədbir keçirilib

“Hepatitlərlə bağlı tədqiqatın ikinci hissəsi: dünya təcrübəsi” mövzusunda tədbir keçirilib
# 02 dekabr 2011 11:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi, “Ekspert” iqtisad jurnalı “Hepatitlərlə bağlı tədqiqatın ikinci hissəsi: dünya təcrübəsi” mövzusunda tədbir keçirib. APA-nın məlumatına görə, ictimai birliyin sədri Zülfiyyə Abdullayeva Ümumdünya Səhiyyə Təşkilatının bu istiqamətdə tövsiyələri və Azərbaycanda bu sahə ilə bağlı aparılan işlər haqda danışıb. Jurnalın redaktoru Dünya Sakit isə “Viruslu hepatitlərlə mübarizədə dünya təcrübəsi”nə dair aparılan araşdırma barədə məlumat verib. Redaktor deyib ki, hazırda bütün dünyada viruslu hepatitlərin yayılması müasir tibbin və insanların ən böyük probleminə və təhlükəsinə çevrilməkdədir. Onun sözlərinə görə, mövcud statistika dünya əhalisinin 10 faizinin viruslu hepatitlərdən əziyyət çəkdiyini göstərir. Ekspertlər bu rəqəmin yaxın illərdə daha da yüksək olacağını proqnozlaşdırır.
D. Sakit qeyd edib ki, Azərbaycan Dövlət Statistika Komitəsinin rəsmi açıqlamalarına görə, ölkədə 2007-ci ildə 2223, 2008-ci ildə 2364, 2009-cu ildə isə 1861 nəfərdə viruslu hepatit aşkarlanıb: “Viruslu hepatitin müalicəsi çox bahalı olduğu üçün bir sıra ölkələrdə, ö cümlədən Azərbaycanda bu geniş əhali üçün əlçatan deyil. Hələlik Azərbaycanda hepatit xəstələrinin müalicəsi dövlət təminatına götürülməyib”.
Dünyada hepatit virusunun 400 milyon daşıyıcının olduğunu deyən D. Sakit onların böyük hissəsinin Cənub Şərqi Asiya, Cənubi Amerika və Afrika əhalisi olduğunu söyləyib.

Sonra tədbir ekspertlərin çıxışları ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR