Bank Of Baku

“Əlilliyi olan İnsanların təhsil və əmək hüquqları” mövzusunda konfrans keçirilib

“Əlilliyi olan İnsanların təhsil və əmək hüquqları” mövzusunda konfrans keçirilib
# 02 dekabr 2011 11:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “3 dekabr - Beynəlxalq əlilliyi olan insanlar günü”nə həsr olunmuş “Əlilliyi olan İnsanların təhsil və əmək hüquqları” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Dünyaya Baxış” beynəlxalq təşkilatı və Əlil Təşkilatları İttifaqının (ƏTİ) təşəbbüsü ilə keçirilən konfransda çıxış edən ƏTİ-in sədri Davud Rəhimli deyib ki, Azərbaycan BMT-nin “Əlilliyi olan insanların hüquqları” Konvensiyasına qoşulub. D. Rəhmli əlilliyi olan insanların müalicəsi, reabilitasiyası istiqamətində görülən işlər, bu istiqamətdə dövlət siyasəti haqqında da danışıb.

Konfransda çıxış edənlər əlillərin hüquqlarının qorunması üçün zəruri işlərin görülməsindən bəhs edərək, qarşıya çıxan problemlərə diqqət yönəldiblər. Tədbirdə bu sahədə həyata keçirilən layihələrin və proqramların icrası müzakirə edilib.

Konfrans çərçivəsində əlil uşaqların əl işlərindən və rəsm əsərlərindən ibarət sərgi də təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR