Bank Of Baku

Qəhrəman Ağayev: “Quba məzarlığındakı sümüklər dərmanlanmasa, hamısı dağılacaq”

Qəhrəman Ağayev: “Quba məzarlığındakı sümüklər dərmanlanmasa, hamısı dağılacaq”
# 02 dekabr 2011 11:45 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, Quba Memorial Xatirə Kompleksində həyata keçirilən tikinti işlərinin nəzarətçi-tədqiqatçısı Qəhrəman Ağayev deyib.
Onun sözlərinə görə, hazırda sümüklərə primitiv üsullarla torpaq vurulur və bu yolla onlar müvəqqəti saxlanılır: “Amma nə vaxta qədər biz bu sümükləri saxlaya bilərik? Əsas çürümə quyudakı sümüklərdə gedir. Bu quyu tarixi baxımdan çox əhəmiyyətlidir. Biz buradakı sümükləri qorumalıyıq. Çünki quyudakı sümüklər ermənilərin törətdikləri soyqırımı bütün dəhşəti, vahiməsi ilə çatdırır”.

Q. Ağayev deyib ki, quyuda 200-dən yuxarı kəllə sümüyü aşkar olunub. Amma 2007-ci ildə baş verən sürüşmə nəticəsində kəllə sümüklərindən bir hissəsi itirilib. Hazırda quyuda 120-yə qədər kəllə və 600-800 insan sümüyü var: “Məzarlıqdakı arxların içərisindən isə 211 kəllə sümüyü tapılmışdı. Onlardan 54-ü qadın, 24-ü uşaq, qalanları kişi kəlləridir. Bunların hamısı, məzarlıq yeni aşkarlananda tapılan 35 kəllə ilə birlikdə Səhiyyə Nazirliyinin Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyindədir. Ümumilikdə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyində 7000-ə yaxın sümük var. Bu sümüklər dərmanlanıb”.

Tədqiqatçının sözlərinə görə, arxeoloji tədqiqatlar ermənilərin qətlə yetirdiyi 600-dən çox insanın Quba məzarlığında basdırıldığını sübut edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR