Bank Of Baku

Azərbaycan ərazisində dekabr ayına olan hava proqnozu

Azərbaycan ərazisində dekabr ayına olan hava proqnozu
# 02 dekabr 2011 12:51 (UTC +04:00)
Dekabrın üçüncü ongünlüyündə temperaturun düşəcəyi ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, ay ərzində yağıntıların respublika ərazisində qeyri-bərabər paylanması gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Bakı və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 7-9 dərəcə isti gözlənilir ki, bu da iqlim normasına yaxındır. Temperatur gecələr 2-6 dərəcə, üçüncü ongünlükdə 0-2 dərəcə isti təşkil edəcək. Gündüzlər 8-13 dərəcə, üçüncü ongünlüyün bəzi günlərdə 3-7 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 24-34 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 8-13 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 5-10 dərəcə isti, üçüncü ongünlüyün bəzi günlərində 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 14-35 mm) olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında havanın orta aylıq temperaturunun 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 8-13 şaxta təşkil edəcək. Gündüzlər havanın temperaturunun 3-8 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 27-53 mm) olacaq.

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperaturun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-4 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 7-12 dərəcə, bəzi günlərdə 0-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 13-16 mm) olacaq.

Balakən-Zaqatala- Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Xızı, Siyəzən,
Şabran, Quba-Qusar-Xaçmaz zonalarında havanın orta aylıq temperaturunun 2-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 4-9 dərəcə şaxta gözlənilir. Gündüzlər temperatur 3-8 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 24-48 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-5 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 16-32 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında havanın orta aylıq temperaturunun 5-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-5 dərəcə isti, bəzi günlərdə dağlıq ərazilərdə 5-9 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 8-13 dərəcə, bəzi günlərdə 3-6 dərəcə isti, dağlıq ərazilərdə 0-3 dərəcə şaxta gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 58-106 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR