Bank Of Baku

“Gender əsaslı məişət zorakılığının aradan qaldırılması məqsədilə cəmiyyətin maarifləndirilməsində KİV-in rolu” mövzusunda təlim-seminar keçirilir

“Gender əsaslı məişət zorakılığının aradan qaldırılması məqsədilə cəmiyyətin maarifləndirilməsində KİV-in rolu” mövzusunda təlim-seminar keçirilir
# 02 dekabr 2011 14:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Jurnalistika kimi çətin peşə sahiblərinin içərisində qadınlarımız az deyil. Bu gün qadınlarımız kişi həmkarları ilə birlikdə jurnalist peşəsinin ağırlığını öz çiyinlərində daşıyırlar. Baxmayaraq ki, qadın jurnalistlərin peşəkarlıq baxımından özünü təsdiq etməsi daha mürəkkəbdir”. APA-nın məlumatına görə, bunu “Gender əsaslı məişət zorakılığının aradan qaldırılması məqsədilə cəmiyyətin maarifləndirilməsində KİV-in rolu” mövzusunda başlayan təlim-seminarın açılışında Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H. Hüseynova bildirib ki, tək Azərbaycanda deyil, bütün dünyada jurnalistika çox məsuliyyətli fəaliyyət sahələrindən hesab olunur. Məişət zorakılığının qarşısının alınmasından medianın apara biləcəyi maarifləndirmə işinə də toxunan H. Hüseynova qeyd edib ki, mediadan başqa heç bir digər sosial institut bu işin öhdəsindən gələ bilməz: “KİV hər bir ailəyə, vətəndaşa bilavasitə təsir göstərir. Jurnalistlərimizin bu sahədə yüksək professional dəyərlərə istinad etməsinin, problemlərlə dərindən tanış olmasının, belə faktların işıqlandırılmasında peşə etikasına riayət edilməsinin xüsusilə vacib olduğunu vurğulamaq istərdim. Media işçiləri unutmamalıdırlar ki, dərc olunan, efirdə nümayiş edilən hər bir məişət zorakılığı faktının arxasında insan və onun taleyi dayanır. Dözümlü, tolerant yanaşma nümayiş etdirən, aydın, dəqiq faktlara əsaslanan jurnalist işlərinə cəmiyyətin böyük ehtiyacı var”.

Komitə sədri bu sahədə müvafiq orqanlarla KİV-in əməkdaşlığının daha gözəl nəticələr verəcəyinə inanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR