Bank Of Baku

Azərbaycanda dövlət qulluğu əlillərin işləməsi üçün kvota tətbiq olunmayan iş yerlərinə aid edilib

Azərbaycanda dövlət qulluğu əlillərin işləməsi üçün kvota tətbiq olunmayan iş yerlərinə aid edilib
# 02 dekabr 2011 14:21 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. “Əvvəllər əlil əməyinin tətbiq olunduğu iş yerlərinin siyahısı hazırlanırdı. Müəyyənləşdirilirdi ki, əlillər harada işləyə bilərlər. Amma indi mühüm konversiyalarda göstərilir ki, əlilliyi olan şəxslər bütün dövlət orqanlarında çalışa bilərlər”. “APA-Economics”in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillərlə bağlı dövlət siyasəti sektorunun müdiri İsgəndər Mustafayev bu gün nazirlikdə Əlillərin Beynəlxalq Müdafiə Gününə həsr olunmuş dəyirmi masada səsləndirib.

Onun sözlərinə görə, əlilliyi olan insanın dövlət orqanında işləməsi üçün heç bir məhdudiyyət yoxdur: “Əlillərin işləməsi üçün kvota tətbiq olunan və olunmayan iş yerləri var. Biz dövlət qulluğunu da əlillərin işləməsi üçün kvota tətbiq olunmayan iş yerlərinə aid etmişik. Amma dövlət qulluğunda keçmək üçün sağlamlıq haqqında arayış da tələb edilir. Məntiqlə belə çıxır ki, sağlamlığında məhdudiyyət olan insan dövlət qulluğunda çalışa bilməz”.

İ.Mustafayev deyib ki, dövlət qulluğunda çalışma ilə bağlı sağlamlıq məhdudiyyəti olan insanlar üçün baryer var: “Dövlət qulluğuna keçmə ilə bağlı bir maddə var, orada göstərilir ki, 16 yaşına çatan, dilindən, dinindən, irqindən asılı olmayaraq bütün insanlar işləyə bilər. Amma orada sağlamlıq imkanlarının məhdudluğu məsələsi qoyulmur. Faktiki olaraq açıq ifadə olunmasa da, bu gün bu məsələdə baryer var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR