Bank Of Baku

Azərbaycanda 419 598 nəfər əlilliyi olan şəxs var

Azərbaycanda 419 598 nəfər əlilliyi olan şəxs var
# 02 dekabr 2011 14:30 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Bu ilin iyul ayının 1-nə olan məlumata əsasən, Azərbaycanda 419 598 nəfər əlilliyi olan şəxs var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, onlardan sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sayı 59 207 nəfər təşkil edir.

Hazırda ölkədəki 14 bərpa mərkəzində hər il reabilitasiya potensialına malik 8 000 nəfərdən çox fiziki məhdudiyyətli insan bərpa-müalicə xidməti ilə təmin olunur. Əlillərin cəmiyyətə fəal inteqrasiyasının təmin olunması məqsədilə 2012-ci ildə ölkədə yeni tipli müəssisənin - Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin inşası başa çatacaq. Digər yeni sosial obyektlərin - Mingəçevir şəhərində Çernobıl əlilləri üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzinin, Müharibə və əmək əlilləri üçün yeni korpusun, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin, Penitensiar müəssisələrdən azad edilənlər üçün Sosial Adaptasiya Mərkəzinin, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzləri və Sosial Sığınacaqların tikintisi üçün layihə-smeta sənədləri hazırlanır.

Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşlar və şəhid ailələri üçün 700-dən artıq mənzil inşa etdirilir. İndiyədək 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. Yaxın günlərdə Şəki və Şəmkir rayonlarında hər biri 36 mənzilli, Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binalarının tikintisinə başlanacaq. 2012-ci ildə isə Suraxanı, Sabunçu rayonlarında və Gəncə şəhərində hər biri 9 mərtəbəli 81 mənzilli, Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli yaşayış binalarının inşası başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR