BQXK Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün yeni layihəyə başlayır - MÜSAHİBƏ
- Hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) siyahısında itkin düşən şəxs kimi neçə nəfər qeydiyyatdadır. Onlardan neçəsi azərbaycanlıdır?
- Münaqişə başlayandan bəri BQXK hakimiyyət orqanlarına bu münaqişə ilə bağlı itkin düşmüş şəxslərin talelərinə aydınlıq gətirilməsində dəstək verib. Bu günə qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təxminən 4600 nəfər itkin düşmüş şəxs kimi qeydə alınıb. Həmin şəxslərdən 3700-ə yaxın şəxs Azərbaycandandır. 2008-2010-cu illər arasında müvafiq hakimiyyət orqanları ilə əldə olunmuş razılığa əsasən, itkin düşmüş şəxslər barədə ante-mortem məlumatlar deyilən ətraflı məlumatların toplanılması işi həyata keçirilib. Bu günə qədər Azərbaycanda 3650 itkin düşmüş şəxs haqqında ante-mortem məlumat toplanılıb. Ante-mortem məlumatların toplanması itkin düşmüş şəxslərin gələcəkdə talelərinin aydınlaşdırılmasına yardım etmək məqsədi daşıyır. Digər tərəfdən, Azərbaycanın hakimiyyət orqanları ilə razılığa əsasən, gələn ildən başqa bir proqrama da başlanacaq. Bu, itkin düşmüş şəxslərin yaxın qohumlarından DNT analizlərinin toplanmasıdır.
- Bu layihənin detallarını bir qədər də açıqlayardınız. Layihədə hansı dövlət qurumları iştirak edəcək?
- Ante-mortem məlumatlar insanların fiziki göstəriciləri əsasında toplanılır. İnsanlar itkin düşməzdən əvvəl hansı paltarda olub, boyu nə qədər idi, hər-hansı sümüyündə sınıq var idimi, dental göstəriciləri və s. bu kimi fiziki və zahiri göstəricilər əsas götürülür. Bu məlumatlar oxşar göstəricilərə malik olan şəxslərin şəxsiyyətlərinin müəyyənləşdirilməsində yardımçı rol oynayır. DNT nümunələrinin toplanması zamanı isə itkin düşmüş şəxslərin 4 ən yaxın qohumundan qan nümunələri götürüləcək. Bu nümunələrin toplanılması və saxlanılması Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək. Eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsi ilə də sıx əməkdaşlıq edəcəyik. DNT nümunələri toplandıqdan sonra onlar müvafiq qaydalara ciddi riayət edilməklə saxlanılmalıdırlar. Bu nümunələr Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin laboratoriyasında saxlanılacaq. Toplanılan nümunələr ante-mortem məlumatları ilə birgə gələcəkdə itkin düşmüş şəxslərin talelərinə aydınlıq gətirilməsində yardımçı olacaq.
- İtkin düşmüş şəxslərin identifikasiyası necə həyata keçiriləcək?
- İtkin düşmüş şəxslərin identifikasiyası prosesinə nə vaxt başlanacağını dəqiq demək çətindir. Eksqumasiya, yəni insan qalıqlarının çıxarılması mümkün olduqda həm ante-mortem məlumatlar, həm də topladığımız DNT nümunələri o insanların şəxsiyyətinin müəyyənləşdirilməsində çox yardımçı olacaq. Ola bilsin ki, bu itkin düşmüş insanlar arasında sağ qalanlar da olsun. Onu da qeyd edim ki, eyni işlər Ermənistanda da həyata keçirilir. Fərq ondadır ki, Azərbaycanda itkin düşmüş şəxslərin sayı daha çoxdur və bu, daha çox vaxt aparacaq. Ümumiyyətlə, DNT nümunələrinin toplanması layihəsi 2, yaxud 3 il ərzində həyata keçiriləcək.
- DNT analizləri kifayət qədər bahalı analizlər hesab olunur. Bu analizlərin aparılması üçün Azərbaycanda müvafiq laboratoriya varmı?
- İtkin düşmüş şəxslərin talelərinə aydınlıq gətirilməsi hakimiyyət orqanlarının üzərinə düşür. Analizlərin ölkə daxilində, yoxsa xaricdə aparılmasına da onlar qərar verəcəklər. İstənilən halda, bu analizlər aparılmalıdır. Ölkə daxilində bu analizləri aparmağa imkan olmasa, təbii ki, başqa yerdə aparılacaq.
- Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının son məlumatlarına əsasən, 1 iyul 2011-ci il tarixə Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 13 nəfərin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsi müəyyənləşdirilib. Bu faktla bağlı BQXK-ya müraciət edilibmi? Həmin şəxslərin axtarılması istiqamətində BQXK qarşı tərəfə müraciət edibmi?
- Bu 13 şəxslə bağlı bizə müraciət olunmayıb. Ola bilər ki, həmin o 13 şəxs ümumilikdə itkin düşmüş şəxslərin siyahısında var və ailələri tərəfindən bizə müraciət olunub. Elə hallar olub ki, hər iki tərəfin hakimiyyət orqanları digər dövlətin ərazisində onun vətəndaşının olduğu barədə bizə müraciətlər edib və biz həmin müraciətlərlə bağlı öz tərəfimizdən digər tərəfə müraciət etmişik. Amma sizin qeyd etdiyiniz həmin 13 şəxs kimdir, onların adları nədir - bunlar barədə bizim heç bir məlumatımız yoxdur. Eyni zamanda müəyyən konfidensial məsələlər var ki, onları yalnız hakimiyyət orqanları ilə müzakirə edirik və ictimaiyyətə bu barədə açıqlama vermirik.
- DNT nümunələrinin toplanması layihəsi ilk dəfəmi həyata keçiriləcək, yoxsa BQXK-nın artıq belə bir təcrübəsi var? Ümumiyyətlə DNT analizlərindən istifadə zərurəti nədən yaranıb?
- Bəli, biz başqa ölkələrdə də DNT nümunələrinin toplanmasını həyata keçirmişik, amma çox kiçik miqyasda. Bu, heç vaxt bizim 2012-ci ildən başlayaraq Azərbaycanda həyata keçirəcəyimiz layihədə nəzərdə tutulan miqdara gəlib çatmayıb. Ümumiyyətlə, DNT analizi yeni bir texnologiyadır və itkin düşmüş şəxslərin şəxsiyyətlərinin daha dəqiq müəyyənləşdirilməsinə imkan verəcək. Ona görə də biz daha dəqiq identifikasiyaya imkan yaradan bu texnologiyadan istifadəni dəstəkləyirik.
Sosial
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - VİDEO
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
FHN dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib - VİDEO
Xəbər Lenti
Gəncədə yataqxanada baş verən yanğın söndürülüb, bir nəfər xəsarət alıb - YENİLƏNİB-1
Hörmüz boğazında ABŞ İranın buraxdığı PUA-ları məhv edib
Peskov: Rusiya ilə ABŞ arasında münasibətlər sıfır səviyyəsindədir
ABŞ bu il üçün Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu açıqlayıb
Bakının Şağan qəsəbəsində quru otluq sahədə yanğın baş verib
Niderland və Ukrayna PUA-ların birgə istehsalı barədə saziş imzalayıb
Bakı–Sumqayıt şosesində avtomobil yanıb, yolda sıxlıq yaranıb
Ermənistanda müxalifət lideri Qaqik Tsarukyan iki ay müddətinə həbs edilib
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - VİDEO
Ərdoğan və Trampın sədrliyi ilə nümayəndə heyətləri arasında görüş başlayıb
Beynəlxalq Olimpiya Komitəsi Rusiya Olimpiya Komitəsinə tətbiq olunan məhdudiyyətləri ləğv edib
Azərbaycan XİN rəhbəri Zimbabve Milli Assambleyasının sədri ilə görüşüb
Ceyhun Bayramov ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü ilə görüşüb
Ərdoğanla Trampın təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Ukrayna Azov dənizində Rusiyanın "kölgə donanması"na aid 12 gəmini vurub - VİDEO - YENİLƏNİB
Tramp: Qrenlandiya ABŞ-ın nəzarətində olmalıdır
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
FHN dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib - VİDEO
Azərbaycana qanunsuz yolla xeyli miqdarda dərman və test gətirilməsinin qarşısı alınıb
İtaliyada Rusiyanın xeyrinə casusluqda ittiham olunan iki nəfər saxlanılıb
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Azərbaycanda raket istehsalı sahəsinə ciddi töhfə verəcək müəssisə açılacaq
Rusiya Xarkovu idarəolunan aviasiya bombaları ilə vurub, ölən və yaralananlar var
Tramp: ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edəcək
Tramp: Ərdoğan da İranın nüvə silahına malik olmasını istəməz
Oğuzda buğda yüklü TIR yanıb - FOTO - VİDEO - YENİLƏNİB
AZAL Qars şəhərinə uçuşlara başlayır
Marin Le Pen 2027-ci il Fransa prezident seçkilərində iştirak edə bilər
Ərdoğan: Liderlər Zirvəsində F-35-lərlə bağlı müsbət qərar qəbul ediləcəyinə inanıram
Dövlət Komitəsinin sədri I Beynəlxalq İslam Sivilizasiyası Forumunun açılışında iştirak edib
Tramp: NATO sammiti Türkiyədə keçirilməsəydi, yəqin ki, iştirak etməzdim
İyulda pensiyalar və sosial yardımların ödəniləcəyi tarix məlum olub
Tramp: F-35 qırıcılarının Türkiyəyə satılmasını nəzərdən keçirəcəyik
Qırğızıstan paytaxtına uçuşlar dayandırılıb
Azərbaycan Sinqapur vətəndaşları üçün vizasız rejim tətbiq edir
"Rabitəbank"ın Marketinq departamentinə yeni rəhbər təyin olunub
Ceyhun Bayramovla Sinqapur XİN rəhbəri arasında telefon danışığı olub
"Bakı Fond Birjası"nın dövriyyəsi 35% azalıb
İnvestisiya şirkətlərinin dövriyyələrinin həcminə görə renkinqi - I yarımil/2026
Rusiyada daha bir azərbaycanlı diaspor rəhbərinin vətəndaşlığı ləğv olunub
Əmircanda bacısının nişanlısını bıçaqlayan şəxsə hökm oxunub
2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq
Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündüz reysinin açılması gündəmdə deyil
Azərbaycan “Metrik Konvensiya”ya qoşulub
Rusiyada 14 il əvvəl törədilmiş xüsusilə ağır cinayətlər üzrə ibtidai istintaq tamamlanıb
SXA daha 30 ukraynalı uşağı reabilitasiya məqsədilə Azərbaycana gətirib
Narkoloji xəstələri məhdudiyyət nəzərdə tutulmuş işlərə qəbul edən vəzifəli şəxslər cərimələnəcək
Prezident 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib