Bank Of Baku

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: Əlilliyi olan insanların potensialı cəmiyyətə düzgün təqdim olunmur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: Əlilliyi olan insanların potensialı cəmiyyətə düzgün təqdim olunmur
# 02 dekabr 2011 14:00 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 3 dekabr - Beynəlxalq Əlillər Günü ilə bağlı dəyirmi masa keçirilib.

APA-Economics”in məlumatına görə, tədbirdə çıxış edən nazirliyin əlillərlə bağlı dövlət siyasəti sektorunun müdiri İsgəndər Mustafayev bildirib ki, dəyirmi masanın məqsədi əlilliyi olan insanların problemləri, onların azadlıqları və şəxsi toxunulmazlıq hüquqları, müdafiəsi sahəsində maarifləndirməni artırmaq məqsədi daşıyır.

İ.Mustafayevin sözlərinə görə, cəmiyyətdə əlilliyi olan insanlara qarşı münasibət dəyişməlidir: “Əlilliyi olan insanların potensialı cəmiyyətə düzgün təqdim olunmur. Xarici ölkələrdə əlilliyi olan insanların potensialı çox yüksək dəyərləndirilir. Əlil arabasında olsa belə, əlillər hətta parlamentdə ölkəsinin ictimai-siyasi həyatında rol oynayır”. Sektor müdiri Azərbaycanda əlillərin təhsil almaları ilə bağlı problemlərə də toxunub. O deyib ki, hazırda ölkədə 14 məktəb və məktəbəqədər təhsil müəssisələrində 268 nəfər əlil uşaq inklüziv təhsilə cəlb edilib, amma bu sayı daha da artırmaq olar.

Sektor müdiri onu da qeyd edib ki, ölkədə aparılan tikinti və yenidənqurma işlərində əlil insanlar da nəzərə alınmalıdır: “Yollarda, yeraltı, yerüstü keçidlərdə, metroda, avtobuslarda əlilliyi olan insanların hərəkəti üçün şərait yaradılmalıdır. Keçidlərdə əlil arabaları üçün nəzərə alınan yerlər standartlara uyğun deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR