Bank Of Baku

BMT-nin baş katibi Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə münasibətilə dünya ictimaiyyətinə müraciət edib

BMT-nin baş katibi Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə münasibətilə dünya ictimaiyyətinə müraciət edib
# 02 dekabr 2011 15:25 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Ban Gi Mun 3 dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə münasibətilə dünya ictimaiyyətinə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, “Əlilliyi olan şəxslər də daxil olmaqla, birlikdə inkişafda olan daha yaxşı dünyaya doğru” adlı müraciətdə bildirilir ki, getdikcə daha çox ölkə əlilliyi olan şəxslərin hüquqlarını qorumaq və təbliğ etmək haqqında öhdəliklər götürür: “Lakin bir çox problemlər hələ də mövcuddur. Əlilliyi olan şəxslər bir çox hallarda yoxsulluq və məhrumiyyətlərlə üzləşir və iki dəfə daha az tibbi müayinə imkanına sahibdirlər. Bir sıra ölkələrdə əlilliyi olan şəxslərin işlə təmin olunma səviyyəsi ümumi əhalinin 1/3-i qədər aşağıdır”.

B. K. Mun qeyd edib ki, əlilliyi olan şəxslər inkişaf prosesinin ilkin, nəzarət və dəyərləndirmə kimi bütün mərhələlərində iştirak etməlidirlər: “Aşağı səviyyəli xidmət və digər sosial, iqtisadi və mədəni maneələri aradan qaldırmaq bütün cəmiyyətə faydalı olacaq. Mən hökumətləri, vətəndaş cəmiyyəti və dünya ictimaiyyətini inklüziv, davamlı və ədalətli inkişafa nail olmaq naminə əlilliyi olan şəxslər üçün və onlarla birgə çalışmağa çağırıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR