Bank Of Baku

Azərbaycan FHN yüksək gərginlikli elektrik xətlərinin altında yerləşən qanunsuz tikililərdə, körpü və yol keçidlərində, sürüşmə zonalarında monitorinq keçirib

Azərbaycan FHN yüksək gərginlikli elektrik xətlərinin altında yerləşən qanunsuz tikililərdə, körpü və yol keçidlərində, sürüşmə zonalarında monitorinq keçirib
# 02 dekabr 2011 15:26 (UTC +04:00)
APA-nın “Fövqəladə Hallar” qəzetinə istinadən verdiyi məlumata görə, noyabr ayında mərkəzin əməkdaşlarından ibarət yaradılmış monitorinq qrupunun üzvləri Sumqayıt şəhərində, H. Z. Tağıyev və Ceyranbatan qəsəbələrində yüksək gərginlikli elektrik xətlərinin altında yerləşən qanunsuz tikililərdə, körpülərdə, yol keçidlərində, sürüşmə zonalarında növbəti yoxlama-müşahidə işlərini aparıblar.

Monitorinqlər zamanı bəzi körpülərdə çatlar və dəliklər aşkarlanıb, yüksək gərginlikli elektrik xətlərinin altında yaşayış üçün təhlükəli tikililərin siyahısı tutulub, sürüşmə zonalarında yeni "mayak"lar qurulub.

Aparılmış müşahidələr nəticəsində müəyyən olunmuş nöqsanlarla bağlı məlumatlar toplanaraq təhlil edilib və aidiyyəti icra orqanlarına təkliflər verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR