Bank Of Baku

Dövlət Miqrasiya Xidmətinin rəisi Banqladeş və Vyetnamın Azərbaycandakı səfirlərini qəbul edib

Dövlət Miqrasiya Xidmətinin rəisi Banqladeş və Vyetnamın Azərbaycandakı səfirlərini qəbul edib
# 02 dekabr 2011 15:59 (UTC +04:00)
Bakı-APA. Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Arzu Rəhimov bu gün Banqladeş Xalq Respublikasının Azərbaycandakı səfiri Zulfiqur Rəhmanı və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. DMX-dən APA-ya verilən məlumata görə, A. Rəhimov yeni təyinatı münasibətilə Z. Rəhmanı təbrik edib. Səfir Azərbaycan və Banqladeş arasında əlaqələrin, o cümlədən miqrasiya sahəsində münasibətlərin inkişafı istiqamətində əlindən gələni əsirgəməyəcəyini bildirib.

DMX rəisi bu gün Vyetnam Sosialist Respublikasının Azərbaycandakı səfiri Fam Suan Şonu və rəhbərlik etdiyi nümayəndə heyətini də qəbul edib. A. Rəhimov iki ölkə arasında tarixi münasibətlərdən söhbət açıb.
Fam Suan Şon Azərbaycanla Vyetnam arasında mövcud siyasi, iqtisadi münasibətlərdən danışıb, gələcəkdə iki ölkə arasında miqrasiya sahəsində əlaqələrin inkişafına əminliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR