Bank Of Baku

Müəllimləri müsabiqədənkənar işə götürən təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisəsi rəhbərləri üçün ən ciddi intizam tənbehi seçiləcək

Müəllimləri müsabiqədənkənar işə götürən təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisəsi rəhbərləri üçün ən ciddi intizam tənbehi seçiləcək
# 03 fevral 2012 14:34 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. İyulun 1-dək Azərbaycanda müəllim işləmək istəyənlər üçün vakant yerlər barədə məlumatların təhlili aparılacaq. APA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov bununla bağlı nazirliyin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə göstəriş verib. Növbəti tədris ili üçün əlavə güzəşt və stimullaşdırıcı tədbirlər tətbiq olunan limit yerlər müəyyənləşdiriləcək və iyunun 15-dək Maliyyə Nazirliyinə təqdim ediləcək. Müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə işçi qrupları yaradılacaq və "Test bankı" hazırlanacaq.
Müəllimlərin işə qəbulu üzrə müsabiqələrin keçirilməsi məqsədilə müasir infrastruktura malik "Kadr Təminatı və Təlim Mərkəzi"nin yaradılmasına dair təkliflər də hazırlanacaq. Müəllimlərin işə qəbulunun elektron proqram təminatının təkmilləşdirilməsi, o cümlədən ali və orta ixtisas təhsili müəssisələrini müsabiqə keçirilən ildə bitirənlərin təhsil sənədləri haqqında məlumat bazasının proqram təminatına daxil edilməsi, müsabiqədə iştirak üçün elektron ərizədəki "şəxsiyyət vəsiqəsinin nömrəsi"nin Daxili İşlər Nazirliyinin məlumat bazasına qoşulması, proqram təminatına daha iki modulun - "Müsabiqədən sonra vakant qalan yerlərə təkrar elektron ərizə qəbulu" və "Vakant qalan yerlərə əlavə yerləşdirmə" modullarının əlavə edilməsi üçün tədbirləri həyata keçiriləcək.
Şöbə Təhsil Problemləri İnstitutu ilə birgə şagird kontingenti az olan məktəblərin kadr təminatının təhlil edilməsi və qoşa ixtisaslı müəllimlərin hazırlanması üçün məqsədli yenidənhazırlanma təhsilinin təşkilinə dair təkliflər hazırlayacaq.
Şöbəyə müəllimlərin müsabiqədənkənar işə qəbuluna yol vermiş yerli təhsili idarəetmə orqanları və ümumi təhsil müəssisəsi rəhbərləri barəsində ən ciddi intizam tənbehi tədbirlərinin tətbiq edilməsinə dair təkliflər verməsi tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR