Bank Of Baku

Azərbaycanın ümumtəhsil məktəblərində sinif komplektlərinin sayı 2770, şagirdlərin sayı 33071, müəllimlərin sayı isə 10 min nəfərədək azalıb

Azərbaycanın ümumtəhsil məktəblərində sinif komplektlərinin sayı 2770, şagirdlərin sayı 33071, müəllimlərin sayı isə 10 min nəfərədək azalıb
# 03 fevral 2012 14:37 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Son 10 ildə Azərbaycanda ilk dəfə olaraq müəllim-şagird nisbətinin artma tendensiyası müşahidə edilib. Bu barədə APA-ya Təhsil Nazirliyindən bildirilib. Ötən dərs ilinə nisbətən gündüz ümumtəhsil məktəblərində şagirdlərin orta sıxlığı 16,6-dan 16,8-ə yüksəlib.

Nazirlikdən bildirilib ki, ötən dərs ili ilə müqayisədə ölkənin ümumtəhsil məktəblərində sinif komplektlərinin sayı 2770, şagirdlərin sayı 33071, müəllimlərin sayı isə 10 min nəfərədək azalıb. Müəllimlərin sayında azalma müəllim-şagird nisbətinə də müsbət təsir edib, bu nisbət ötən dərs ili ilə müqayisədə 0,2 artaraq 8,5 olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR