Bank Of Baku

Azərbaycanda hava şəraiti ilə əlaqədar məktəblərdə dərslərin dayandırılması müddətinin uzadılması məsələsi hələlik müəyyənləşməyib

Azərbaycanda hava şəraiti ilə əlaqədar məktəblərdə dərslərin dayandırılması müddətinin uzadılması məsələsi hələlik müəyyənləşməyib
# 04 fevral 2012 09:07 (UTC +04:00)
Bu haqda APA-ya nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə bildirib. Onun sözlərinə görə, bu qərar yalnız Təhsil Nazirliyi səviyyəsində qəbul edilmir: “Dərslərin təxirə salınması müddətinin uzadılıb-uzadılmayacağı barədə qərarın verilməsi məsələsi hökumət səviyyəsində həll edilir.

Qeyd edək ki, ölkə ərazisində kəskin hava şəraiti ilə əlaqədar olaraq təhsil naziri Misir Mərdanovun əmri ilə orta məktəblərdə dərslər fevralın 5-dək təxirə salınıb. Bundan başqa təhsil nazirinin əmri ilə Aran bölgəsində fevralın 4 və 5 də 9-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan yoxlama imtahanları da başqa vaxt keçirilib. İmtahanların keçirilmə tarixi yaxın günlərdə açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR