Bank Of Baku

Şəmkirdə elektrik enerjisindən qanunsuz istifadə edən abonentlərin müəyyənləşdirilməsi üçün reyd keçirilib

Şəmkirdə elektrik enerjisindən qanunsuz istifadə edən abonentlərin müəyyənləşdirilməsi üçün reyd keçirilib
# 04 fevral 2012 09:54 (UTC +04:00)
Şəmkir. Ayxan Hüseynov-APA. Şəmkir rayonunda Gəncə Regional Elektrik Şəbəkəsinin İstehlaka Nəzarət Şöbəsi əməkdaşları ilə Şəmkir Elektrik Şəbəkəsinin əməkdaşları birgə qanunsuz olaraq elektrik enerjisindən istifadə edən, həmçinin külli miqdarda borcu olan abonentlərin müəyyənləşdirilməsi üçün reyd keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, Şəmkir rayon Muxtariyyə kəndində elektrik enerjisinindən qanunsuz istifadə edənlərə qarşı keçirilən reyd zamanı illərdir istifadə etdiyi elektrik enerjisininin məbləğini ödəməyən, əlavə xəttlər çəkərək elektrik enerjisindən oğurluq edən abonentlər aşkarlanıb. Aşkar olunan belə xəttlər şəbəkə əməkdaşları tərəfindən açılıb.

Qeyd edək ki, rayon ərazisində ən çox elektrik enerjisinindən qanunuz istifadə halına rayonun Muxtariyyə, Əliyaqublu, Dağcəyir, Varlı Həyat, Zəyim, Düzqışlaq və Qaracəmilli kəndlərində rast gəlinir.

Şəmkir Elektrik Şəbəkəsinin balansında 42 mindən artıq abonent var ki, onlardan 17 mini əvvəlcədən ödənişli “Smart kart” tipli sayğaclarla təmin olunub, digər abonentlər və istehlakçı qruplar isə mexaniki sayğaclardan istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR