Bank Of Baku

Yaxın iki gün ərzində Azərbaycan paytaxtında yağmursuz, buludlu hava şəraiti hökm sürəcək, yollar buz bağlayacaq

Yaxın iki gün ərzində Azərbaycan paytaxtında yağmursuz, buludlu hava şəraiti hökm sürəcək, yollar buz bağlayacaq
# 04 fevral 2012 09:19 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz havaların əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın şaxta olacaq. Yollar buz bağlayacaq.

Fevralın 6-da gün ərzində əsasən yağmursuz keçəcəyi, axşama doğru buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə az yağıntılı olacağı, zəif qar yağacağı gözlənilir. Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam arabir güclənəcək. Havanın temperaturu gecə 1-3 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Fevralın 5-də Azərbaycanın əksər rayonlarda əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi şimal və şərq rayonlarında az qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 14-19, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 20-25 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.

Fevralın 6-da bölgələrdə hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin ayın 6-da axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 şaxta, gündüz 2-5 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR