Bank Of Baku

Tiflisdə BMT nümayəndəsinin iştirakı ilə Cənubi Qafqazda sərbəst toplaşmaq azadlığı ilə bağlı konfrans keçirilib – FOTO

Tiflisdə BMT nümayəndəsinin iştirakı ilə Cənubi Qafqazda sərbəst toplaşmaq azadlığı ilə bağlı konfrans keçirilib – <font color=red>FOTO </font>
# 04 fevral 2012 13:13 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdə BMT-nin xüsusi nümayəndəsinin iştirakı ilə Cənubi Qafqaz ölkələrində sərbəst toplaşmaq və azadlıq məsələləri üzrə 2 günlük konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Tiflisdə fəaliyyət göstərən İnsan Hüquqları Evinin təşəbbüsü ilə keçirilib.
Tədbirdə BMT-nin xüsusi məruzəçisi Maina Kiai “Cənubi Qafqaz ölkələrində vətəndaşların sərbəst toplaşmaq və birləşmək azadlığı” mövzusunda 10 ölkədən gələn hüquq müdafiəçiləri qarşısında məruzə ilə çıxış edib. Tədbirdə Azərbaycanı 15-dən çox QHT nümayəndələri təmsil edib.
Azərbaycanda fəaliyyət göstərən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov da tədbirdə çıxış edib.
Tiflisdə fəaliyyət göstərən hüquq müdafiəçisi Ane Tusvik Bonde APA-ya açıqlamasında bildirib ki, bu BMT-nin xüsusi məruzəçisi Maina Kiainin Gürcüstana ilk səfəridir. Onu sözlərinə görə, Maina Kianin Azərbaycana da səfər etmək niyyətindədir.
BMT nümayəndəsi Gürcüstanın hökumət nümayəndələri ilə görüşlər keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR