Bank Of Baku

Xəzərin Azərbaycan sektorunda da donma müşahidə olunur - YENİLƏNİB

Xəzərin Azərbaycan sektorunda da donma müşahidə olunur - <font color=red>YENİLƏNİB</font>
# 06 fevral 2012 10:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Xəzərin Azərbaycan sahillərində donma müşahidə olunur. Hazırda Siyəzən rayonu ərazisində kiçik çayların töküldüyü yerdə buz bağlama hadisəsi var. Siyəzən tərəfdə sahildən 10 metrə qədər, Nabranda 5-6 metrə qədər donma müşahidə olunur. H. Z. Tağıyev qəsəbəsində sahildən 20-30 metr, Sumqayıtda 30-40 metrə qədər ərazidə donma qeydə alınıb”. Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov deyib. O bildirib ki, müşahidə olunan buz təbəqəsəi kövrəkdir və tez sına bilir. Siyəzən və Nabran rayonlarında buz qatının qalınlığı 5-8 sm-ə çatır.

G. Süleymanov deyib ki, Rusiya Federasiyası ilə əlaqə də saxlanılıb: “Hazırda Şimali Xəzərdə hətta buzların hərəkəti də müşahidə olunur. Şimali Xəzərdə 15-20 sm-ə qədər, Dərbənd-Mahaçqala zonasında 8-15 sm intervalında donma müşahidə olunur”.

Qeyd edək ki, Xəzərin Azərbaycan sahillərində H. Z. Tağıyev qəsəbəsində də fevralın 3-də donma müşahidə olunub.

Sonuncu dəfə Xəzərin Azərbaycan sektorunda anomal buz bağlama hadisəsi isə 1920 və 1953-cü illərdə müşahidə edilib. 1920-ci ilin soyuq qışında Orta Xəzərdə buz bağlama hadisəsi Qızılağac körfəzində qeydə alınıb. Bu da orada 10 mindən çox köçəri quşun məhvinə səbəb olub. 1953-cü ildə isə Xəzərin şimalında buz bağlama hadisəsi baş verib, bunun nəticəsində Orta Xəzərə, hətta Abşeron sahillərinə qədər buz parçaları gəlib çıxıb. O vaxt neft daşlarına təhlükə yaranmasın deyə buzları bombalayaraq parçalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR