Bank Of Baku

Azərbaycan ərazisindəki bütün sürüşmə sahələrində monitorinq aparılacaq

Azərbaycan ərazisindəki bütün sürüşmə sahələrində monitorinq aparılacaq
# 06 fevral 2012 13:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan ərazisində mövcud olan bütün sürüşmə sahələrində monitorinqlər aparılacaq. APA-nın xəbərinə görə, monitorinqlər yapon mütəxəssislər tərəfindən həyata keçiriləcək. Araşdırmaların aparılmasında məqsəd ölkə ərazisində olan sürüşmə sahələri ilə bağlı dəqiq məlumata malik olmaq və sürüşmənin qarşısının alınması yolları barədə təkliflər hazırlamaqdır.

Monitorinqlər yapon mütəxəssislərin iştirakı ilə başlayacaq, sonradan azərbaycanlı ekspertlərin iştirakı ilə davam etdiriləcək.

Qeyd edək ki, Bayıl yamacındakı sürüşmə ilə əlaqədar Azərbaycana gələn yaponlar artıq geri qayıdıblar. Müvafiq dövlət qurumları ilə keçirilən görüşlərdə Bayıl yamacındakı sürüşmənin qarşısını almaq üçün müxtəlif təkilflər, o cümlədən sədd divarının çəkilməsi, ərazidə drenajların quraşdırlması, sistemli seysmik monitorinqlərin aparılması və s. səsləndirilib. Yapon mütəxəssilərin bir müddət sonra yenidən Azərbaycana gələcəkləri gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR