® “Zəfəran” apteklər şəbəkəsi sığorta şirkətləri ilə əlaqələrini möhkəmləndirir - FOTO
07 fevral 2012 08:49 (UTC +04:00)
Şəbəkədən “APA-Economics”ə verilən məlumata görə, “Zəfəran”ın yeni tərəfdaşı “Azsığorta” şirkəti olub. Müqavilənin şərtlərinə görə, bu şirkətin müştəriləri respublikanın 25 şəhərində mövcud olan “Zəfəran” apteklər şəbəkələrindən dərman vasitələrini pulsuz əldə edə bilərlər.
Sığortalanmış müştərilər yalnız sığorta polisini təqdim etdikdən sonra həkim resepti üzrə dərman preparatlarını ala bilərlər. KTS proqramı çərçivəsində əldə oluna biləcək dərmanların siyahısına 3 mindən artıq preparatların adı daxil olub. “Zəfəran” apteklərində olan bütün dərmanların keyfiyyətinə zəmanət verilir, çünki şirkət yalnız yoxlanılmış və etibarlı təchizatçılarla işləyir.
“Zəfəran”ın “Atəşgah”, “Qarant”, “AtaSığorta”, “Mega”, “Era-Trans”, “Thames”, “Shafa” və s. iri sığorta şirkətləri kimi nüfuzlu tərəfdaşları var.
Qeyd edək ki, “Zəfəran” 2008-ci ilin dekabr ayında yaradılmış, Bakı şəhərində və Azərbaycanın regionlarında fəaliyyət göstərən müasir apteklər şəbəkəsidir. Müxtəlif imkanlı alıcıların geniş dairəsi üçün nəzərdə tutulan apteklər şəbəkəsi aparıcı xarici istehsalçıların 10 000-dən artıq çeşidini təklif edir. “Zəfəran” apteklər şəbəkəsi Azərbaycan Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş yalnız sertifikatlaşdırılmış əczaçılıq məhsulları ilə işləyir.

Sosial
Bakıda sərnişin avtobusları qəza törədib, xeyli sayda yaralı var - FOTO
16:49
19 may 2024
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:31
19 may 2024
2023-cü ildə 0-17 yaş aralığında 190 nəfər şəxsdə talassemiya xəstəliyi aşkar edilib
15:56
19 may 2024
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
15:50
19 may 2024