Bank Of Baku

Millət vəkili: “Şaxtalı havalarda kimsəsiz uşaqlara nəzarət ikiqat artırılmalıdır”

Millət vəkili: “Şaxtalı havalarda kimsəsiz uşaqlara nəzarət ikiqat  artırılmalıdır”
# 07 fevral 2012 10:36 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Bütün mövsümlərdə, o cümlədən belə şaxtalı havalarda kimsəsiz uşaqlara nəzarət olmalıdır. Kəskin soyuq vaxtlarda bu nəzarət ikiqat artıq olmalıdır. Nəzarət ərazilərə xidmət edən post-patrul xidmətinin işçiləri və sahə müvəkkilləri tərəfindən həyata keçirilməlidir”. Bunu APA-ya millət vəkili Musa Quliyev bildirib. Onun sözlərinə görə, qarlı və kəskin hava şəraiti ilə əlaqədar olaraq post-patrul xidmətinin işçiləri və sahə müvəkkilinin vəzifələri daha atır: “Nəinki qarlı, çovğunlu hava, bütün hava şəraitləri kimsəsiz uşaqlar üçün təhlükəlidir. Amma bu cür havalarda həmin uşaqların monitorinqi aparılmalı, onlar sığınacaq və isti yeməklərlə təmin olunmalıdırlar”.

Millət vəkili deyib ki, ötən il parlamentdə qəbul edilən “Sosial xidmət haqqında qanun”da küçə uşaqları üçün sosial sığınacaqlar tikilməsi nəzərdə tutulur: “Gələn il yeni sosial sığınacaqların tikilməsi və bu cür sığınacaqların sayının artırılması məsələsi üzərində daha ciddi iş aparılacaq”. M. Quliyev başqa ölkələrlə müqayisədə Azərbaycanda küçə uşaqlarının sayının az olduğunu da deyib. Onun sözlərinə görə, bu ilk növbədə Azərbaycanın milli mentaliteti ilə bağlıdır, uşaqlar ailələrində və qohumların əhatəsində böyüyürlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR