Bank Of Baku

Füzulidə dünən gecə baş vermiş qasırğa rayona xeyli ziyan vurub

Füzulidə dünən gecə baş vermiş qasırğa rayona xeyli ziyan vurub
# 05 mart 2012 11:40 (UTC +04:00)
Füzuli Rayon İcra Hakimiyyətindən APA-nın Qarabağ bürosuna verilən xəbərə görə, 180-ə yaxın müxtəlif tutumlu daşıyıcı elektrik xətlərinin dirəkləri, 33 kilometr uzunluğunda elektrik naqili, 6 transformator sıradan çıxıb. Rayonun Azərbaycanın nəzarətində olan 45 yaşayış məntəqəsinin hamısına elektrik enerjisinin verilişi dayandırılıb. Rayon İcra Hakimiyyəti başçısının müavini Bağır Aslanov APA-ya bildirib ki, qasırğa və yağan qar nəticəsində rayonda ümumi və fərdi təsərrüfatlara xeyli zərər dəyib. Bu saatlaradək yalnız, Horadiz şəhəri də daxil olmaqla 16 yaşayış məntəqəsini elektrik enerjisi ilə təchiz etmək mümkün olub. Hazırda dəymiş zərərin aradan qaldırılması işləri aparılır. Günün sonuna qədər digər qəsəbə və kəndlərə elektrik enerjisinin verilişi bərpa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR