Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurası üzvlüyünə namizədlərin müəyyənləşməsi üçün keçirilən seçkilər yekunlaşıb

QHT-lərə Dövlət Dəstəyi Şurası üzvlüyünə namizədlərin müəyyənləşməsi üçün keçirilən seçkilər yekunlaşıb
# 05 mart 2012 13:57 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının üzvlüyünə namizədlərin müəyyənləşməsi üçün keçirilən seçkilər yekunlaşıb. APA-nın xəbərinə görə, şuranın mətbuat xidməti martın 3-də QHT-lərə Dövlət Dəstəyi Şurası üzvlüyünə hər 4 ildən bir keçirilən növbəti seçkilərin yekunlaşması barədə məlumat açıqlayıb. Məlumata görə, seçkilər hər biri QHT-nin könüllü şəkildə seçdiyi 8 ixtisaslaşmış qrup üzrə keçirilib. “İnsan hüquqları və demokratiya məsələləri” qrupu üzrə Sahib Məmmədov (Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası), Rafiq Təmrazov (“Bərabər İmkanlar” İctimai Birliyi), Nəsrulla Nurullayev (Ahıl Ziyalılara Qayğı İctimai Birliyi), “Ailə, qadın və uşaq məsələləri” qrupunda Rəna Mirzəzadə (Gender və İnsan hüququ Araşdırma Birliyi), Nazir Quliyev (“Hüquq dünyası” Hüquqi Təbliğat İctimai Birliyi), Kəmalə Əliyeva (Qadın və Uşaqların Problemlərinin Araşdırılması İctimai Birliyi), “Qaçqın, köçkün, əlil və müharibə veteranları məsələləri” istiqaməti üzrə Vüqar Qədirov (Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı), Sərraf Orucov (Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu), Əbülfət Hüseynov (Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi), “İqtisadi və sosial məsələlər” qrupu üzrə Rufiz Qonaqov (Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi), Dilarə Vəliyeva (“Mülk” İctimai Assosiasiyası), Solmaz Əliyeva (“Gənc mühasiblər” İctimai Birliyi), “Təhsil, elm və mədəniyyət məsələləri” üzrə Azay Quliyev (Azərbaycan Milli QHT Forumu), Sərdar İsgəndərov (Gəncliyin Elmi-Mədəni İnkişafı İctimai Birliyi), İlham Yusifli (Layihələrin İdarə Edilməsi - Azərbaycan Assosiasiyası), “Gənclər və vətənpərvərlik tərbiyəsi məsələləri” ixtisaslaşmış qrupunda Şahin İsmayılov (Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı), Əkbər Yolçuyev (Dünya Gənc Türk Yazarlar Birliyi), Asif Əskərli (Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı), “Səhiyyə, sağlamlıq və ekologiya məsələləri” qrupu üzrə Gülnarə Hüseynova (Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası), Nailə İsmayılova (“Yeni həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi), “Narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə məsələləri” qrupunda isə Əliməmməd Nuriyev (Konstitusiya Araşdırmalar Fondu), Əhməd Abbasbəyli (Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyi), Qadir İbrahimli (“Güzəran” Sosial Araşdırmalar İctimai Birliyi) daha çox səs toplayıblar.

Məlumat da o da qeyd olunub ki, hər qrupdan seçilmiş üç namizədin adı ölkə prezidenti İlham Əliyevə təqdim ediləcək. QHT-lərin seçdiyi 24 nəfərdən 8-i və daha 3 nəfər dövlət orqanlarının təmsilçisi prezidentin müvafiq sərəncamı ilə Şura üzvü təyin olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR