Bank Of Baku

Azərbaycan qoruqlarının yeni xəritələri hazırlanır

Azərbaycan qoruqlarının yeni xəritələri hazırlanır
# 05 mart 2012 15:21 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın tarix-mədəniyyət obyektlərinin, qoruqların, tarixi əhəmiyyət kəsb edən arxeoloji ərazilərin xəritələrinin hazırlanması məqsədilə qoruqların sərhədlərinin və mühafizə zonalarının müəyyən edilməsi, yeni xəritələrinin hazırlanması üçün vəsait ayırıb. Nazirliyin turizm şöbəsindən APA-ya verilən məlumata görə, artıq Qobustan, Keşikçidağ, Xınalıq, Qala, Kiş, Qəbələ, Çıraqqala, Basqal, Lahıc qoruqlarının xəritələri hazırlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda Cəlilabad, Xızı, Ağdam, Ağcabədi, Tovuz və digər rayonların ərazisində arxeoloji abidələrin xəritələrinin hazırlanması işi aparılıb. Bu işlərin bu il respublikanın digər ərazilərində də aparılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR