Bakıda Novruz bayramı ilə əlaqədar keçiriləcək satış yarmarkalarının ünvanları açıqlanıb
05 mart 2012 16:06 (UTC +04:00)
Bakı – APA-Economics. Bakıda Novruz bayramı ilə əlaqədar keçiriləcək satış yarmarkalarının ünvanları açıqlanıb. Bu barədə “APA-Economics”ə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, Novruz bayramı ilə əlaqədar əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının artmasını nəzərə alaraq, istehlakçıların seçim imkanlarının artırılması, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirlikləri, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən sahibkarlarla birlikdə Bakı şəhərinin müxtəlif yerlərində ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkaları təşkil ediləcək.
Yarmarkalar 10-20 mart 2012-ci il tarixlərində aşağıdakı ünvanlarda təşkil olunacaq:
Binəqədi rayonu
- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə litseyinin həyəti;
- Biləcəri qəsəbəsi, 284 saylı məktəbin yanındakı sahə;
Xətai rayonu
- “Bakı” kinoteatrının yanı;
Nərimanov rayonu
- Əliyar Əliyev küçəsi 26, “Bakı Taxıl” ASC-nin ərazisi;
Nəsimi rayonu
- “Təzə bazar”ın ərazisi;
- 3-cü mikrorayon, “Tovuz-Baltiya LTD”nin ərazisi;
Səbail rayonu
- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;
Suraxanı rayonu
- Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2;
- Qaraçuxur qəsəbəsi, “Günəş” ticarət mərkəzinin yanı;
Yasamal rayonu
- Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı;
Sabunçu rayonu
- Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, Dəmiryol Vağzalının yanı.

Sosial
2023-cü ildə Azərbaycanda 73 mindən çox abort qeydə alınıb
14:55
17 may 2024
FHN-in Şimal-qərb Regional Mərkəzi zona birinciliyi keçirib - VİDEO
14:48
17 may 2024
Ötən il Azərbaycanda 1 yaşadək ölən uşaqların sayı açıqlanıb
14:37
17 may 2024
Parlamentə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı daxil olub
14:35
17 may 2024