Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun sədri İsveçrə və Fransada səfərdə olub
06 mart 2012 09:20 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) baş katibi H.H.Konkolevskinin dəvəti ilə İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfər edib.
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, səfər zamanı ötən il Bakı şəhərində açılmış BSTA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin fəaliyyəti, o cümlədən BSTA-nın siyasi dəstəyi ilə Azərbaycanda sosial sığorta-pensiya sahəsi üzrə regional tədqiqat və tədris mərkəzinin yaradılması məsələləri müzakirə olunub.
Daha sonra Azərbaycan nümayəndə heyəti BSTA-nın təşkilatçılığı ilə Fransanın Sent Etyen şəhərində yerləşən sosial müdafiə sahəsinin müxtəlif məsələləri üzrə ixtisaslaşmış Milli Sosial Təminat Məktəbinin işi, tədqiqat və tədris proseslərinin təşkili ilə yaxından tanış olub.
Azərbaycanda sosial sığorta-pensiya sahəsində həyata keçirilən islahatlar və əldə olunmuş nəticələrlə bağlı DSMF sədri S.Müslümov isveçrəli və fransalı mütəxəssislərin çoxsaylı suallarını cavablandırıb və BSTA-nın Mətbuat Xidmətinin xahişi ilə Assosiasiyanın “Uğurlu təcrübələr” proqramı çərçivəsində video müsahibə verib. Müsahibə ilə BSTA-nın veb səhifəsində tanış olmaq mümkündür.

Sosial
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - FOTO - YENİLƏNİB
20:07
17 may 2024
FHN-in nümayəndələri INSARAG tədbirlərində iştirak ediblər
18:26
17 may 2024
Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb
18:16
17 may 2024
Buraxılış imtahanında iştirak edən 6 nəfərin nəticəsi ləğv edilib, 16 nəfər ən yüksək nəticəni göstərib
17:03
17 may 2024