Bank Of Baku

Azərbaycanda torpaq sürüşməsi nəticəsində evləri yararsız vəziyyətə düşən sakinlər üçün salınmış yeni qəsəbənin açılışı olub - FOTOSESSİYA

Azərbaycanda torpaq sürüşməsi nəticəsində evləri yararsız vəziyyətə düşən sakinlər üçün salınmış yeni qəsəbənin açılışı olub - <font color=red>FOTOSESSİYA</font>
# 06 mart 2012 10:33 (UTC +04:00)
APA-nın şimal bürosunun məlumatına görə, açılış mərasimində fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev, Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Quba Rayon İcra Hakimiyyətinin rəsmiləri və kənd sakinləri iştirak edib. Sakinlərlə görüşdə çıxış edən nazir müavini Orucəli Hacıyev bildirib ki, yeni inşa olunan qəsəbə bütün müasir standartlara cavab verir. Nazir müavininin sözlərinə görə, Güləzidə baş verən sürüşmədən sonra prezident İlham Əliyevin göstərişi ilə Nazirlər Kabinetində xüsusi komissiya yaradılıb. Komissiyanın üzvləri və FHN-nin nümayəndələri tərəfindən sürüşmə zonasına baxış keçirilib və Güləzi kənd sakinləri üçün Aşağı Atucda yeni qəsəbə salınması qərara alınıb. Sürüşmə zamanı evləri yararsız vəziyyətə düşən sakinlər onlara göstərilən diqqət və qayğıya görə, ölkə prezidenti İlham Əliyevə təşəkkür ediblər.
Qeyd edək ki, Aşağı Atuc qəsəbəsinin inşasına 2010-cu ilin iyun ayından başlanılıb. Qəsəbə Quba rayonunun Güləzi kəndində torpaq sürüşməsindən zərər çəkən sakinlər üçün salınıb. 34 hektar ərazini əhatə edən yaşayış məntəqəsində 189 ev var. Bunlardan 62-si 2, 107-si 3, 20-si isə 4 otaqlı evlərdir. Hər mənzilə 8 sot həyətyanı torpaq və yardımçı tikililər aiddir. Bundan başqa qəsəbə sakinlərinin rahatlığı üçün ərazidə klub, kitabxana və istirahət parkı fəaliyyət göstərəcək. Yeni yaşayış məntəqəsində 240 yerlik məktəb, uşaq bağçası, tibb məntəqəsi, poçt, ATS və digər inzibati binalar da inşa olunub. Qəsəbədə 2 ədəd 250 kubmetrlik su anbarı və 3 ədəd subartezian quyusu inşa olunub. Yaşayış məntəqəsini elektrik enerjisi ilə 10 transformator təmin edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR